Gürcüstanda bazarda silahlı insident – 4 ölü – YENİLƏNİBbackend

Gürcüstanda bazarda silahlı insident - 4 ölü - YENİLƏNİB

Gürcüstanın Rustavi şəhərində silahlı şəxs bazara daxil olaraq insanlara atəş açıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Rustavi 2” telekanalı yayıb.

İnsidentin İstanbul bazarı adlandırılan ticarət obyektində baş verdiyi bildirilir. İlkin məlumata görə, hadisə zamanı 3 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

***

Gürcüstan Daxili İşlər Nazirliyi hadisənin 1988-ci il təvəllüdlü Q.O. tərəfindən törədildiyini açıqlayıb.

Bununla yanaşı, 4 nəfərin həlak olduğu bildirilir. Ölənlərdən biri atəş açan şəxsin həmin bazarda işləyən əmisidir. İnsident nəticəsində 1 nəfər yaralanıb. Həmin şəxs isə insidenti törətməkdə şübhəli bilinən şəxsin əmisi oğludur.“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*