Gürcüstanda bir gündə 42 nəfər koronavirusdan öldübackend

Gürcüstanda bir gündə 42 nəfər koronavirusdan öldü

Gürcüstanda son sutkada daha 4 321 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 4 301 nəfər sağalaraq evə buraxılıb, 42 pasiyent isə vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək ölkədə COVID-19-a 162 475 yoluxma faktı qeydə alınıb. Yoluxanların 133 511-i sağalıb, 1 504-ü isə dünyasını dəyişib.

Karantin zonalarında 1 282, stasionar nəzarətdə isə 6 897 nəfər saxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*