Vahid Milli Hərəkat Partiyasının lideri və Tbilisi merliyinə namizəd Niku Meliyaya hücumla bağlı cinayət işi açılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Şəxsiyyəti məlum olmayan şəxs Nika Meliaya hücum edib. O, partiya sədrinin başına yumruq zərbələri endirib”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb./bizim.media
