Gürcüstanın baş naziri Azərbaycanın bu addımını alqışladıbackend

Gürcüstanın baş naziri Azərbaycanın bu addımını alqışladı

“Şadam ki, mənim aktiv dəstəyim və bizim strateji tərəfdaşımız ABŞ-ın dövlət katibinin köməkçisi Filip Rikerin iştirakı ilə Azərbaycan tərəfi saxlanılmış 15 Ermənistan vətəndaşını sərbəst buraxıb və onlar Gürcüstan ərazisi ilə ailələrinin yanına qayıdıblar”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın baş nazir İrakli Qaribaşvili öz Fasebook səhifəsində paylaşımında qeyd edib.

Daha sonra o yazib ki, Gürcüstanın fəal iştirakı Ermənistanın Azərbaycan tərəfinə minalanmış ərazilərlə bağlı vacib materialları təqdim etməsinə də imkan verib.

Hökumət başçısı Azərbaycan və Ermənistanın qərarlarını alqışlayaraq qeyd edib ki, bu, uzunmüddətli perspektivdə əməkdaşlıq atmosferinin yaradılması üçün zəmin olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*