“Güzəştli mənzil” arzusu texnologiyanın sürətinə uduza bilər – AÇIQLAMAbackend

“Güzəştli mənzil” arzusu texnologiyanın sürətinə uduza bilər - AÇIQLAMA

Güzəştli mənzil sistemindəki əsas problem onun texniki quruluşundadır. Müsabiqə başladığı anda minlərlə vətəndaş eyni saniyədə sistemə daxil olur və bu, serverlərə böyük yük salır”.

KONKRET.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Həsən Qurbanov bildirib.

O deyib ki, bəzi istifadəçilərdə səhifə açılmır, digərlərində isə sistem donur:

“Bu isə ədalətli rəqabət mühitini zədələyir. Sistemdə balanslaşdırma mexanizmi yəni yüklərin bir neçə server arasında bölünməsi tam işlək olmalıdır. Əks halda, texniki gecikmələr və ya səhvlər bəzi iştirakçılara süni üstünlük qazandıra bilər. Digər ciddi problem CAPTCHA-nın tətbiqidir. Müsabiqə 5-10 saniyə ərzində başa çatdığı halda, CAPTCHA yazmaq bu vaxtı xərcləyir. Halbuki, müasir sistemlərdə “reCAPTCHA v3” kimi avtomatik qoruma üsulları mövcuddur. Bundan başqa, interfeysin dizaynı da kifayət qədər çevik deyil. İstifadəçi bir neçə seçim edib məlumat daxil etməli, sonra təsdiqləməlidir. Bu qədər addım saniyələr içində icra olunmur. Proses tam avtomatlaşdırılmalı, sistem şəffaf və mərhələli olmalıdır. Əks halda, “güzəştli mənzil” arzusu hər dəfə texnologiyanın sürətinə uduzacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*