Hablemitoğlunu öldürən şəxs həbs edildibackend

Hablemitoğlunu öldürən şəxs həbs edildi

Türkiyəli tarixçi və yazar Nəcib Hablemitoğlunu öldürməkdə şübhəli bilinərək Türkiyəyə gətirilən Nuri Gökhan Bozkır məhkəmənin qərarı həbs edilib.

KONKRET.az xəbər verir ki, N.G. Bozkır “terror qruplaşmasına üzv” və “sui-qəsd təşkilatçılığı” maddələri ilə təqsirli bilinib.

Məlumata görə, Ankara Əmniyyət Müdirliyi Terrorizmlə Mübarizə Şöbəsində hüquqi prosedurların icrasından sonra cinayətkar Ankara Ədliyyə İdarəsinə aparılıb.

Qeyd edək ki, N. Hablemitoğlu 2002-ci ildə evinin qarşısında güllələnmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazarın FETÖ şəbəkəsi barədə kitab yazdığına görə, öldürüldüyünü bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*