Hacıqabulda yaşayış evində yanğın olubbackend

Hacıqabulda yaşayış evində yanğın olub

Hacıqabulda evdə yanğın olub, zərərçəkən var.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Rayonun Navahı qəsəbəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin zirzəmisində 20 m² sahədə yığılan yun və taxta tullantıları yanıb, yüksək temperaturdan zirzəminin tavanının taxta atmaları qarsalanıb.

Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*