“Hadisələrin bu cür inkişafı Ermənistanın sonunu yaxınlaşdırır” – Balasanyanbackend

“Hadisələrin bu cür inkişafı Ermənistanın sonunu yaxınlaşdırır” - Balasanyan

“Bölgədə həqiqətən vəziyyət gərgindir. Buradakı ciddi oyunçular Rusiyanın iştirakı ilə böyük bir təxribat planlaşdırırlar. Qərb iki istiqamətdə hərəkət edir: Türkiyənin köməyi ilə Rusiyanı qarşıdurmaya sürükləmək və İrana zərbə vurmaq. ABŞ İran sərhədləri yaxınlığında qüvvələr toplayır. Bundan əlavə, İsrail çox fəaldır və mən Ermənistan hakimiyyət dairələrinin və hakim partiyanın millət vəkillərinin mütləq sakitliyinə təəccüblənirəm. Bölgə partlasa, bundan ilk növbədə Ermənistan zərər çəkəcək. Bu gün Ermənistanın taleyi həll olunur və bunu hər kəs, ilk növbədə hökumətimiz bilməlidir”

KONKRET.az xəbər verir ki, bu sözləri “Verelq.am” nəşrinə müsahibəsində  İrəvan Dövlət Universitetinin əməkdaşı, tarix elmləri namizədi Qriqor Balasanyan söyləyib. Balasanyan əlavə edib ki, “Belə bir vəziyyətdə Azərbaycanla Türkiyə erməni məsələsini özləri üçün birdəfəlik həll etməyə və bununla da öz məqsədlərinə nail olmağa çalışacaqlar. Bu da onların Böyük Turan dövlətinə gedən yolu açmış olacaq. Və nəzərə alaq ki, Orta Asiyanın türkdilli respublikaları da bu məsələyə isti baxırlar. Bu isə Rusiyanın Cənubi Qafqazdan birdəfəlik gedişi və Ermənistanın sonu ola bilər”.

KONKRET.az

  • Namiü
    Yanvar 19, 2021 - 19:29

    Bu ermənilərə başa salan yoxdurmu ki, bizə rus lazım deyil. Əgər belə çox istəyirlərsə ruslar Cənubi Qafqazda ancaq ermənistanda mövcud ola bilər, götürüb öz ərazilərində yerləşdirə bilərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*