Hafiz Məmmədov dövlətə olan borcunun 600 min manatını ödədi – RƏSMİbackend

Hafiz Məmmədov dövlətə olan borcunun 600 min manatını ödədi - RƏSMİ

Məşhur iş adamı Hafiz Məmmədov dövlətə borcundan 600 min manatını ödəyib, qalan hissəsini bir həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürüb.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, iş adamı Məmmədov Hafiz Məcid oğlu barəsində bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış 1 465 200 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Yasamal rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hafiz Məmmədov istintaq prosesində ona qarşı irəli sürülmüş ittihamı qəbul edib, 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib, qalan borcun 1 həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürülməsi barədə iltizam verib.

Göstərilənləri nəzərə alaraq, Yasamal rayon məhkəməsi 31 yanvar tarixində Hafiz Məmmədovun vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətini təmin edib. Xatırladaq ki, ev dustaqlığı və girov həbsə alternativ qətimkan tədbirləridir.

  • Garachanta
    Fevral 1, 2022 - 08:00

    gorun nelerle mesguluq……kiminse hec xeberi varmi ki Avropa Ittifaqi Elm ve Tehsil sahesinde 9-cu Cercive Proqramini Elan edib (fondu 89 milyard Yevro, 5 illlik layiheler)….Qafqaz ve kecmis sovet olkelerin demek olar ki hamisi bu proqrama qosulub…Tehsil Nazirliyi deyir ki menim bu proqramdan xeberim yoxdur… gedin AMEA-ya muraciet edin…AMEA-da ise “moyka” acirlar….yaziq menim Milletim…Yaziq Milletimin Elmi ve Tehsili…butun elm saheleri olduruldu….aglayani yoxdur…Allah Rehmet elesin Elmimize!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*