Hakerlər BMW reklamlarından istifadə edərək Ukraynadakı xarici diplomatlara HÜCUM ETDİbackend

Hakerlər BMW reklamlarından istifadə edərək Ukraynadakı xarici diplomatlara HÜCUM ETDİ

Rusiyaya bağlı hakerlər BMW markalı avtomobilin satışı elanı vasitəsilə Ukraynadakı xarici diplomatların məlumatlarına daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hücum Kiyevdə 80-ə yaxın xarici nümayəndəlikdən ən azı 22-də çalışan diplomatlara qarşı yönəlib.

Bildirilib ki, hücumda Rusiya Xarici Kəşfiyyat Xidməti ilə əməkdaşlıq etdiyi iddia edilən “APT29” (digər adı Cozy Bear) haker qrupu iştirak edib.

Agentliyin məlumatına görə, 2023-cü il aprelin ortalarında Polşa Xarici İşlər Nazirliyinin diplomatı Ukraynada fəaliyyət göstərən digər diplomatik nümayəndəliklərə e-poçt məktubunda işlənmiş BMW 5 seriyalı sedanın satışı ilə bağlı elan göndərib. Daha sonra haker qrupu bu reklamı ələ keçirib, ona zərərli proqramlar daxil edib və sonra onu Kiyevdəki onlarla başqa xarici diplomata göndərib. Belə ki, proqram işlənmiş avtomobilin foto albomu kimi maskalanıb və hakerlər reklamda avtomobilin qiymətini də aşağı salıblar. Reklamı açmağa çalışarkən kompüter zərərli proqramla yoluxub.

Diplomatlardan hansının kiberhücumun qurbanı olduğu dəqiqləşdirilməyib və səfirliklərin heç biri nəşrə rəsmi şərh verməyib.

Dövlət Departamenti hücumla bağlı məlumatdan xəbərdar olduğunu, lakin bunun nəticəsində ABŞ diplomatlarından heç birinin zərər çəkmədiyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*