“Anonymous” beynəlxalq haker qrupu İran polisinin rəsmi saytını sındırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Əl–Ərəbiyyə” məlumat yayıb.
Bildirilib ki, onlar bu yolla İranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlara dəstək veriblər.
Qeyd edək ki, bu, İslam Respublikasının rəsmi resurslarına ilk belə hücum deyil.
Bundan əvvəl qrup bir sıra qurumların, o cümlədən Mərkəzi Bankın və İran Neft Nazirliyinin saytlarını sındırıb.
Həmçinin, hakerlər İran parlamentinin bir neçə deputatının telefon nömrəsini şəbəkədə yayıblar.
İqbal Rzayev,
KONKRET.az
