“Son illər ərzində hazırkı hakimiyyətin real sektorun inkişafı üçün heç bir iş görmədiyi reallığı ilə barışmaq lazımdır. Bu baxımdan yaxın gələcəkdə iqtisadi artımımıza töhfə verən proseslərin olacağı şübhəsizdir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının keçmiş deputatı, uzun illər parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasına rəhbərlik etmiş Qaqik Minasyan deyib.
O qeyd edib ki, postsovet məkanı ölkələri ilə müqayisədə Ermənistanın bank sisteminin hazırkı yüksək inkişaf səviyyəsi 30 ilin gərgin əməyinin nəticəsi olub.
Xatırladaq ki, Ermənistan Statistika Komitəsinin məlumatına görə, ölkədə 2023-cü ilin yanvar-dekabr aylarında iqtisadi fəallığın artımı illik 9,4%-ə qədər azalıb.
Natiq Səlim,
KONKRET.az
