“Hakimiyyətin bəyanatına görə əsirlər Bakıdan qayıtmaq istəməyəcəklər” – Stambulyanbackend

"Hakimiyyətin bəyanatına görə əsirlər Bakıdan qayıtmaq istəməyəcəklər” - Stambulyan

“Ermənistan hakimiyyətinin bəyanatına görə onlar Bakıdan qayıtmaq istəməyəcəklər”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının üzvü, deputat Ripsime Stambulyan deyib.

“Ermənistan hakimiyyətinin məhbuslarla bağlı bəyanatı onların Bakıdan Ermənistana daha qayıtmaq istəməməsinə səbəb ola bilər”.- deyə Stambulyan bildirib.

Stambulyan parlamentdə jurnalistlərlə görüşüb.

“Hakimiyyət əvvəlcə hərbçilərin hansı şəraitdə əsir götürüldüyünü araşdırmadan onları qəhrəmanlaşdırdı, sonra da tamamilə antiqəhrəmana çevirdi”, – deyə deputat vurğulayıb.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycandan Ermənistana qaytarılan 10 əsirdən 4-ünə cinayət işi açılıb, həbs olunublar. Onlar fərarilikdə təqsirləndirilirlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*