Hava Limanında özbaşınalıq hökm sürür – Hər şey MTN-in gözü qarşısında baş verirbackend

Hava Limanında özbaşınalıq hökm sürür - Hər şey MTN-in gözü qarşısında baş verir

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Aşqabad hava limanında miqrasiya rəsmiləri səbəbsiz yerə sərnişinlər təyyarədən endirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistan Hava Yollarının İstanbula uçan T5901 reysindən bir neçə sərnişinin uçmaçına maneə yaradılıb.

Belə ki, pasport nəzarətindən çıxan sərnişinlərin hamısı “rəisin görüşünə” göndərilib.

Miqrasiya xidmətinin işçiləri şəklində 2-3 nəfər ofisdə sərnişinlərə şəxsi həyatı ilə bağlı müxtəlif suallar verir.

Fevralın 13-də isə İstanbula edilən reysdə ən azı iki ailənin tibbi səbəblərdən Türkiyəyə getməsinə icazə verilməyib.

Türkiyədə yaşamaq və işləmək üçün qanuni əsasları olan və ya iş üçün İstanbula gedən sərnişinlərə də qarşı süni maneələr yaradılır.

İnsanlar şikayət edirlər ki, laynerlər yarımçıq uçsa da, rüşvət vermədən təyyarə biletlərini almaq mümkün deyil. Bileti cəmi 3 ay əvvəlcədən bir tarif qiyməti ilə almaq mümkündür və təxminən 3 min manata (təxminən 160 dollar) başa gəlir.

Ümumiyyətlə, minimum 2 min dollardan başlayan rüşvətlə “qara siyahıdan” çıxmaq olar.

Görünən odur ki, hava limanında qanunsuzluqlara heç kim əhəmiyyət vermir, baxmayaraq ki, hər şey Türkəminstan MTN-nin gözü qarşısında baş verir

Digər məlumatlara görə, sərnişinlər digər istiqamətlərə – Dubay, Ankara və Rusiya şəhərlərinə olan reyslərdən də kənarlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*