Hindistan tarixinin ən isti günlərini yaşayır.
50 dərəcəlik istilik fonunda ölkə ərazisində 18 nəfər dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, daha çox ölüm Odişa və Bihar ştatlarıhnda qeydə alınıb.
Ştat səlahiyyətliləri, ölümlərin səbəbini araşdırdıqlarını, lakin bunun istilik dalğası ilə əlaqəli olduğundan şübhələndiklərini söyləyib.
“Ştatda istilik dalğası yaşandığından, ölümlərin isti ilə əlaqəli xəstəliklərdən qaynaqlandığından şübhələnirik”, – hospital nümayəndəsi Sudrahani Pradhan deyib. (APA)
