Həbsdə olan şəxsin gizlətdiyi 19 kq narkotik aşkarlandıbackend

Həbsdə olan şəxsin gizlətdiyi 19 kq narkotik aşkarlandı

Bakıda həbsdə olan şəxsin gizlətdiyi 19 kq narkotik aşkarlanıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası və Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə Bakı İstintaq Təcridxanasında saxlanılan C.Cəfərzadənin ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun Lökbatan qəsəbəsi ərazisində gizlətdiyi 19 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*