Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun həbsdə saxlama müddəti uzadılıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən polkovnik Cəlilovun həbs müddəti 3 ay 15 gün uzadılıb.
Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir. (Qafqazinfo)