Həbsdə olan xidmət rəisi haqda yeni QƏRARbackend

Həbsdə olan xidmət rəisi haqda yeni QƏRAR

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun həbsdə saxlama müddəti uzadılıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən polkovnik Cəlilovun həbs müddəti 3 ay 15 gün uzadılıb.

Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir. (Qafqazinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*