Meksikanın sərhədində yerləşən Xuarez şəhərində iki rəqib kartel arasında toqquşma baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Toqquşmalar nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 11 nəfər həlak olub. İnsident həbsxana ərazisində olub. Daha sonra iğtişaş yaşanıb.
Hadisə zamanı daha 16 nəfər yaralanıb. Rəsmilər qarşıdurmanın nədən baş verdiyini açıqlamayıb.