“Heç vaxt erməni dövlətçiliyini qoruyan səngərləri tərk etməyəcəyəm” – Serj Sarkisyanbackend

"Heç vaxt erməni dövlətçiliyini qoruyan səngərləri tərk etməyəcəyəm" - Serj Sarkisyan

“Mən heç vaxt erməni dövlətçiliyini qoruyan səngərləri tərk etməyəcəyəm

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

“1991-ci ilin bu günündə müstəqilliyə qeyd-şərtsiz “hə” deyən erməni xalqının vahid iradəsi son otuz il ərzində çoxsaylı və çətin sınaqlardan keçib.

Halbuki xalqımız üçün ən çətin sınaq xarici düşmənlə mübarizə deyildi, bu mübarizədə şanlı qələbələr qazandı.

İndi təmtəraqlı sözlərin vaxtı deyil. Xalqımız öz dağıdıcı sərsəmliyindən çıxaraq, xalqa zidd, qorxaq, uğursuz hakimiyyətdən qurtulub, azad və müstəqil yaşamaq üçün vahid iradəsini bir daha ifadə etməlidir. Yoxsa minilliklər boyu ona məxsus olan torpaqda təkcə dövlətçiliyi yox, ümumiyyətlə, öz varlığını təhlükəyə atacaq.

Xalqımız üçün bu ağır məqamda mən heç vaxt erməni dövlətçiliyini qoruyan səngərləri tərk etməyəcəyəm”, – Sarkisyan bildirib.

Burada bir atalar sözü yada düşür: “Keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtər”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*