Hedonist və homoseksual bir xalqda Napoleon ordusunun mənəviyyatı qalıbmı? – FRANSA İFŞA OLUNDUbackend

Hedonist və homoseksual bir xalqda Napoleon ordusunun mənəviyyatı qalıbmı? – FRANSA İFŞA OLUNDU

Fransa fürsətdən istifadə edərək öz imperiya statusunu canlandırmaq istəyir. Bunun üçün müəyyən maliyyə dəstəyinin olması isə vacib şərtlərdən biridir. Ancaq Makronun Rotşild bankından menecer olduğunu və erməni diasporunun Fransa siyasətinə təsir etdiyini hər kəs yaxşı bilir. Digər tərəfdən Əlcəzairdə də Osmanlı İmperiyasından köçən ermənilərin yaratdığı lobbinin mövcud olması heç kimə sirr deyil.  

KONKRET.az “Le Figaro”ya istinadən xəbər verir ki, prezident Emmanuel Makron Fransanın hərbi əməliyyatlarda iştirakı ilə bağlı gözləntilərin olduğunu əsas gətirərək yeni milli strategiya doktrinasının formalaşdırılmasını təklif edib. Bir tərəfdən Makronun Rusiya ilə döyüşəcəyini düşünənlər var. Amma bu, qətiyyən belə deyil. Çünki Fransa resursların olduğu bölgələrdən yapışmaq istəyir. Məsələn, bir vaxtlar Fransa Rusiya ilə məhz Malidə toqquşub və indiyə qədər uğursuz olub.

Fransa öz ambisiyalarını həyata keçirmək üçün “ABŞ lokomotivini izləyən araba” rolunu oynamağı  dayandırmalıdır. Bunlar Makronun sözləridir. Eyni zamanda ABŞ Avstraliyaya sualtı qayıqların, Almaniyaya isə “Rafal” təyyarələrinin tədarükünü dayandırır. Hərbi innovasiyalar sahəsində fransızlar hələ də ən yaxşılardan hesab edilir. Lakin texnologiya və hərbi sənaye kompleksini dəstəkləmək üçün onlara bazarlar və məkanlar, ən əsası isə siyasi çəki lazımdır. Bütün bunlar isə Fransa üçün çatışmayan cəhətlərdir.

“Fransızlar çox gözəl görürlər ki, Ukrayna böhranının köməyi ilə Avropa tam şəkildə ABŞ-a tabedir. Ona görə də, seçim etmək vaxtıdır. Fransa uzun müddətdir ki, ABŞ-dan “azadlıq” və ümumavropa ordusu ideyasını əldə etmək istəsə də, bütün bu məsələlərin qarşısı Brüsseldəki amerikapərəst elita tərəfindən ciddi şəkildə kəsilir” – “Le Figaro” qeyd edir.

“Fransanın Yaxın Şərqdə və Afrikada Türkiyə ilə qarşıdurmaya başlamaqdan başqa yolu yoxdur. Bunun üçün pul və resursları mövcuddur. Amma fransızların reputasiyası Osmanlı varisi olan Türkiyədən qat-qat aşağıdır. Üstəlik Makron Livandakı danışıqlardan sonra bir sıra diplomatik uğursuzluqlar yaşayıb. Digər məsələ isə odur ki, suveren olmayan dövləti heç kim ciddi qəbul etməyəcək. Çünki hər kəs Fransanı ABŞ-ın vassalı kimi tanıyır.  Fransa Liviyadakı münaqişə zamanı reputasiyasını ciddi şəkildə itirib. Amma bu, Sarkozinin ABŞ-a Qəzzafini öldürməkdə yardım göstərdiyi üçün deyil, türk korvetlərinin fransız gəmilərini təqib etdiyinə görə baş verib. Belə ki, fransızlar həmin təqib zamanı silahlarını da qoyaraq qorxaqcasına qaçmağa məcbur olublar. Yeri gəlmişkən, Makronun qaldırdığı qoşunların mənəvi dözümlülüyü məsələsi də kənardan çox gülünc və absurd görünür. Hedonistlər və homoseksuallardan ibarət bir xalq Napoleon ordusunun mənəviyyatını təkrar canlandıra bilərmi? Təbii ki, yox” – məqalədə qeyd olunur.

Proqnozlara görə, Fransa əvvəlki gücünü dirçəltməyə cəhd edə bilər. Lakin ucuz resurs bazasından təcrid olunması onun Rusiya Çin və Hindistanla rəqabət aparmasını çətinləşdirəcək. Odur ki, Fransa yeni oyunçular tərəfindən Avro-Atlantik güc masasından asanlıqla süpürülə bilən sadəcə bir qırıntıdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*