Həkimi maşın vurdu – Durumu ağırdırbackend

Həkimi maşın vurdu - Durumu ağırdır

Cəlilabad rayonunda yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə “Sevinc” şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, “Jiquli” markalı minik avtomobili Cəlilabad şəhər sakini Böyükağa Ələkbərovu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, B.Ələkbərov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında endokrinoloq kimi çalışır.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*