Yapon gerontoloqları yaşlı bir insanın özünün uzunömürlülük şansını necə sınaqdan keçirə biləcəyini açıqlayıblar.
Yapon həkimlərin fikrincə, diqqət etməsi lazım olan əsas şey insanın necə enerjili bir şəkildə gəzməsidir. 70 yaşında olan insan əgər gənc yaşlarında olduğu kimi enerjili yeriyirsə, deməli, onun 80–dən və daha artıq yaşamaq şansı 100 faizdir.
Yaponiya Milli Geriatriya və Gerontologiya Mərkəzinin prezidenti Hidenori Arayın sözlərinə görə, gəzinti tempi müəyyən bir insanın ömrünü dəqiq təxmin etməyə imkan verən göstəricidir. İnsan adi rejimində nə qədər sürətli hərəkət edərsə, bir o qədər çox yaşayacaqdır.
Yapon gerontoloqlar tədqiqatlarına hələ 1997-ci ildə başlamışlar. Onlar 60 yaşdan 80 yaşadək insanlarda yürüş sürətini sınaqdan keçiriblər. Tədqiqatlar göstərib ki, eyni yaşda yaponun ortalama yürüş sürəti 5-10 faiz artıb.
Hidenori Aray onu da qeyd edib ki, 60 yaşdan yuxarı insanların fiziki durumu stabil olaraq yaxşılaşır. Zəifliyin başlanğıcı kimi başa düşdüyümüz qocalıq, həm kişilərdə, həm də qadınlarda geri çəkilir”, – deyən alim vurğulayıb ki, yaponlar cavanlaşırlar, bu gün gənc yaşa uyğun fiziki vəziyyətlərini daha uzun saxlayırlar.
