HƏMAS girov saxladığı iki ABŞ vətəndaşını azad edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Sky News” nəşri təşkilatın bəyanatına istinadən xəbər yayıb.
Təşkilatın silahlı qanadının sözçüsü Əbu Ubeydə bildirib ki, HƏMAS yaraqlıları tərəfindən saxlanılan iki amerikalı girov (bir qadın və qızı) humanitar səbəblərə görə azad edilib.
O, bunun Amerika xalqına və dünyaya Bayden və onun faşist administrasiyasının iddialarının yalan və əsassız olduğunu sübut etmək məqsədi daşıdığını söyləyib.
Burhan,
KONKRET.az
