Həmas və İsrail atəşkəsə yaxınlaşıb – İsmayıl Haniyəbackend

Həmas və İsrail atəşkəsə yaxınlaşıb - İsmayıl Haniyə

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə atəşkəs razılaşması üzrə irəliləyiş barədə məlumat verib.

KONKRET.az xəbər verir ki, o, mümkün atəşkəs elanının dəqiq vaxtını açıqlamayıb.

“Hərəkat Qətərdəki qardaşlarımıza cavab verib ki, biz artıq atəşkəs sazişinin bağlanmasına yaxınlaşırıq”, – Haniyə bildirib.

Razılaşmanın şərtlərinə görə, İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağı üzərində uçuşlarına qadağa da daxil olmaqla beş günlük atəşkəs nəzərdə tutulur.

İsrail həbsxanalarından 300 azyaşlı məhbus və qadının azad edilməsi müqabilində 50 girov, o cümlədən İsrail əsgəri olmayan əcnəbilər sərbəst buraxılacaq. Razılaşma mərhələli şəkildə həyata keçiriləcək ki, hər gün 10 girov və 30 fələstinli məhbus, qalanları isə atəşkəsin son günündə azad ediləcək.

Qəzza zolağının bütün ərazilərinə ərzaq, tibbi avadanlıq və yanacaqla birlikdə 300 yük maşını çatdırılacaq.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*