ABŞ-ın müdafiə naziri Pit Heqset İrana xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, Heqset sosial şəbəkədəki paylaşımında bildirib:
“İran ABŞ gəmilərinə atəş açarsa, biz onların neft tankerlərini məhv edib batıracağıq”.
Onun açıqlaması ABŞ qüvvələrinin İranın üç neft tankerinə zərbə endirməsindən sonra səslənib. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, tankerlərdən ikisi tamamilə sıradan çıxarılıb, üçüncüsü isə məhv edilib.
ABŞ tərəfi bildirib ki, əməliyyat İran İnqilab Keşikçiləri Korpusunun ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə ballistik raketlərlə hücumundan sonra həyata keçirilib. ABŞ gəmiləri hücumlardan yayınıb, amerikalı hərbçilər arasında itki olmayıb.
ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper də bildirib ki, Vaşinqton zərurət yaranacağı təqdirdə İranın “məhdud və müdafiəsiz neft donanmasını” məhv etməkdən çəkinməyəcək.
Günay Əli
KONKRET.az
