Hərbçilərimiz Zodu tərk edəndən sonra qızıl yatağında zəlzələ oldubackend

Hərbçilərimiz Zodu tərk edəndən sonra qızıl yatağında zəlzələ oldu

Sotk (Zod) kəndinin yaxınlığında bu gecə saat 02:49-da zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumatda əvəlcə zəlzələnin 2,9 bal gücündə olduğu bildirilsə də, sonradan Sotk kəndidə 4 bal, Vardanesdə isə 3 bal olduğu qeyd edilib.

Qeyd edək ki, ötən gün erməni mediası Azərbaycanın 250 hərbçisinin Zod-Söyüdlü qızıl mədəninin ərazisinə gələrək, ermənilərin buradan rədd olmasını tələb etdiklərini bildirmişdi. Müzakirədən sonra isə zabitimizin ermənilərə çıxmaq üçün bir gün vaxt verdiyi vurğulanmışdı.

Daha sonra isə Ermənistan MN açıqlama verərək, delimitasiya işlərinin aparıldığını bildirdi.

Azərbaycan MN yayılan məlumatla bağlı açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*