Hərbçilərin fərdi hazırlığı yoxlanılırbackend

Hərbçilərin fərdi hazırlığı yoxlanılır

2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi hazırlığının yoxlanılması məqsədilə tədbirlər keçirilir.

Bu barədə KONKRET.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müxtəlif təlim mərkəzlərində şəxsi heyətin ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqları yoxlanılır.

Ümumilikdə sinif otaqları, o cümlədən çöl-səhra şəraitində keçirilən yoxlamaların məqsədi şəxsi heyətin fərdi və praktiki hazırlığının qiymətləndirilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*