Hərbi qulluqçumuz Türkiyədə kursu birinciliklə bitirdibackend

Hərbi qulluqçumuz Türkiyədə kursu birinciliklə bitirdi

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu kapitan Yaqubov Tural Ağaəli oğlu Türkiyə Respublikasında təşkil olunan kursu birinciliklə bitirib.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin Hava Tədris Komandanlığının məktəblərindən birində keçirilən ingilis dili kursunda Azərbaycan, Türkiyə, Qırğızıstan, Gürcüstan, Ukrayna və Mavritaniyadan olan hərbi qulluqçular iştirak ediblər.

Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*