Hərbi xidmətin müddəti 6 aya endirilir?backend

Hərbi xidmətin müddəti 6 aya endirilir?

Bu il qəbul imtahanlarında 27227 abituriyentin ali məktəblərə qəbul ola bilməməsi müzakirələrə səbəb olub. Onların əksəriyyəti oğlanlardır. İndi əsgər getməyə hazırlaşan gənclərin 1 il 6 aylıq hərbi xidmət dövründə əldə etdikləri biliklərin xeyli hissəsinin yaddan çıxacağı bildirilir. Ona görə də təklif olunur ki, həmin gənclərimizə 1 il möhlət hüququ verilsin. Bununla yanaşı, orta təhsilli şəxslərin hərbi xidmət dövrünün 1 il 6 aydan 1 ilə, ali təhsilli şəxslərin isə 1 ildən 9 və ya 6 aya endirilməsi təklif olunur.

KONKRET.az xəbər verir ki, məsələylə bağlı Bakupost.az -a danışan hərbi ekspert Azad İsazadə çağırış prosesinin özünün istər-istəməz reformalar keçirməli olduğunu bildirib.

O, bu istiqamətdə müzakirələrin aparılmasına ehtiyac olduğunu deyib:

“Məncə, ildə dörd çağırış çoxdur, yazda və payızda iki çağırışa keçməyi təklif edirəm. Sözsüz ki, ali məktəblərə qəbul olmayan gənclər əsgər getməlidir. Onlara möhlət hüququnun verilməsini düzgün hesab etmirəm. Ümumiyyətlə, proses get-gedə müqaviləli xidmət istiqamətində gedir. Hərbi peşəsindən asılı olaraq buna uyğun onların karantin müddəti təyin oluna bilər”.

  • Remzi
    Avqust 30, 2024 - 13:57

    Eeee 6 ay və a 1 il olsun blə

    • Ilahe
      Oktyabr 2, 2024 - 15:32

      6 ay olsun

  • Elmira
    Avqust 31, 2024 - 20:34

    Çox gözəl təklifdir.Oglum Türkiye’de Karabük Üniversitesi iktisat bölümünü bitirib.1, il ərzində esgerlik xidməti çox uzundur.Turkiyede ali təhsilliler 6 ay gedir.Bedelli esgerlik ise 1 aydır.Teklif edirəm ki bizde de ali təhsilliler 6 ay olsun.Cox teşekkür edirem

  • Sevinc
    Dekabr 13, 2024 - 17:33

    Esgerlik muddteti azaldılmalıdı mütleq şekilde

  • Samir
    Yanvar 1, 2025 - 19:55

    Herbi xidmet azaldilsa yaxsi olar

  • Kamil
    Yanvar 11, 2025 - 14:02

    Məncə də ali təhsillilər 6 ay, orta təhsillilər 1 il getsin əsgərliyə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*