Hindistan 40-a yaxın kanadalı diplomatın oktyabrın 10-dək ölkəni tərk etməsini tapşırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Dehli bu tarixdən sonra Hindistanda qalacaq Kanada nümayəndələrini bu siyahıdan diplomatik toxunulmazlıqdan məhrum etməklə hədələyib.
Kanada Xarici İşlər Nazirliyi və Hindistan hökuməti məsələ ilə bağlı şərh verməyiblər.
Qeyd edək ki, Kanada və Hindistan arasında münasibətlər sentyabrın 18-də Ottavanın Hindistanın yüksək səviyyəli diplomatlarından birini ölkənin kəşfiyyat orqanlarının Kanada sikx icmasının lideri Hardeep Singh Nijjarın qətlində əli olması ilə bağlı iddialara görə ölkədən çıxarmaq qərarına gəlməsindən sonra gərginləşib.
Ariz Həsənoğlu,
KONKRET.az
