Hindistan Rusiyadan neft idxalını ARTIRDIbackend

Hindistan Rusiyadan neft idxalını ARTIRDI

Rusiya Hindistana tədarük etdiyi neftin həcminə görə Səudiyyə Ərəbistanından sonra ikinci olub.

KONKRET.az xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.

Bildirilib ki, sentyabrda Rusiya neftinin Hindistana tədarükü 18%-dən çox artıb. Hindistanın neft emalı zavodları keçən ay gündəlik 879 min barrel yanacaq idxal edib.

Məlumata görə, Hindistan daxili tələbatın mövsümi artımı səbəbindən cari rübdə daha çox Rusiya nefti ala bilər.

Qeyd edək ki, Hindistan enerji ehtiyacının 85%-ni idxal hesabına təmin edir. 2021-ci ildə bu xammalın respublikaya əsas tədarükçüləri İraq və Səudiyyə Ərəbistanı olub. Rusiya tədarük həcminə görə 9-cu yeri tutub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*