Hindistan son bir neçə ildə müdafiə istehsalını əhəmiyyətli dərəcədə artırıb.
KONKRET.az xəbər verir ki, rəsmi Dehli tədricən silah idxalçısı statusundan ixracatçıya çevrilərək ilk 25-likdə yer alıb. Bu barədə Hindistan Maliyyə Nazirliyinin ölkə parlamentində təqdim etdiyi iqtisadi sorğuda deyilir.
Hindistanın müdafiə istehsalı əhəmiyyətli dərəcədə artıb, 2017-ci maliyyə ilində 740 milyard rupidən (8,8 milyard dollar) 2023-cü maliyyə ilində 1 trilyon rupiyə (təxminən 12 milyard dollar) çatıb ki, bu da müdafiə ixracının artmasına səbəb olub. İcmalda deyilir: “Hindistan silah idxalçısından 25 ən yaxşı silah ixrac edən ölkə siyahısında yer tutub”.
Hindistanın müdafiə sənayesi, o cümlədən özəl və dövlət müəssisələri müdafiə ixracını sürətlə genişləndirir. Bundan əlavə, ixracatçılara verilən icazələrin sayı artıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
