Hindistanda atışma nəticəsində 25 turist öldübackend

Hindistanda atışma nəticəsində 25 turist öldü

Hindistanın şimalındakı Cammu və Kəşmirdə baş verən atışma nəticəsində ən azı 25 turist həlak olub, 20-yə yaxın turist isə yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Print” portalı məlumat yayıb.

Hakimiyyət orqanları ölən və yaralananların sayını hələ açıqlamayıb.

“Bu hücum son illərdə mülki şəxslərə qarşı yönəldilmiş hücumlardan olduqca böyükdür”, – regionun rəhbəri Ömər Abdulla bildirib.

Hadisə bölgəyə gələn qonaqlar arasında məşhur olan Pahalqamda baş verib. Naməlum silahlı şəxslər Baysaran vadisində turistlərə atəş açıblar. İnsidentin təfərrüatları araşdırılır. Yerli hakimiyyət hadisəni terror aktı adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*