Hindistanda hərbi bazada atışma: Ölənlər varbackend

Hindistanda hərbi bazada atışma: Ölənlər var

Bu gün səhər saatlarında Hindistanın Pəncab ştatındakı Batinda hərbi bazasında atışma baş verib. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfər həlak olub.

Qeyd olunub ki, atışma zabitlər yeməkxanasının ərazisində baş verib və ölənlərin hamısı hərbçilərdir.

Hadisənin səbəbləri və təfərrüatları, o cümlədən kimin atəş açması barədə hələlik məlumat verilmir.

Bazanın ətrafı polis tərəfindən mühasirəyə alınıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*