Hindistanda “ilan adam” aşkar edildi – FOTO – VİDEObackend

Hindistanda “ilan adam” aşkar edildi - FOTO - VİDEO

Hindistanın şərqində yerləşən Qancam vilayətində nadir və ağır dəri xəstəliyindən əziyyət çəkən 10 yaşlı uşaq aşkar edilib.

KONKRET.AZ “The Sun”a istinadla xəbər verir ki, xəstəlik səbəbindən Caqannath adlı oğlanın dərisi ilan dərisinə bənzəyir.

Dərisinin quruması nəticəsində yaranan ağrılar və narahatlıq hissini azaltmaq üçün uşaq hər saat çimir və üç saatdan bir dərisinə nəmləndirici krem sürtür.

Yeri gəlmişkən, Caqannath hər ay dərisini dəyişir.

Quruyaraq kobudlaşan dərisi ona rahat yeriməyə də mane olur və uşaq, adətən, çəliklə gəzmək məcburiyyətində qalır.

Mütəxəssislərin sözlərinə əsasən, bu xəstəliyin müalicəsi yoxdur.

Oğlanın atası Prabhakar Pradhan düyü plantasiyasında işləyir və onu müalicə etmək imkanından məhrumdur.

“Oğlumun bu xəstəlikdən əziyyət çəkdiyini gördükcə ürəyim ağrıyır”, – deyə bədbəxt ata gileylənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*