Avstriya Adolf Hitlerin doğulduğu evi yenidən polis bölməsinə çevirmək üçün 20 milyon avro xərcləyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə ORF telekanalı məlumat yayıb.
Yuxarı Avstriyanın Braunau şəhərindəki binanın 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır. Tikinti işləri bazar ertəsi başlayıb.
Bundan əvvəl avstriyalı rejissor Günter Şvayger bu planları tənqid etmişdi.
Qeyd edək ki, ev 2011-ci ildən boşdur, 2016-cı ildə dövlətə verilib.
Ariz Həsənoğlu,
KONKRET.az
