Hökumət gələn il doğulacaq uşaqlara 20 milyon manat AYIRACAQbackend

Hökumət gələn il doğulacaq uşaqlara 20 milyon manat AYIRACAQ

Azərbaycan hökuməti gələn ilin büdcə zərfində uşağın anadan olmasına görə 20 milyon manat nəzərdə tutub.

KONKRET.az-ın məlumatına görə, bu barədə “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Sənəddə 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 15 milyon manat nəzərdə tutulub.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin həm gəlirləri, həm də xərcləri 5.306.770.072 manat proqnozlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*