Hollandiya hökuməti “Facebook”dan imtina edirbackend

Hollandiya hökuməti "Facebook"dan imtina edir

“Hollandiya hökuməti platformanın məlumatların təhlükəsizliyini necə idarə etdiyinə dair ciddi narahatlıqlara görə “Facebook”dan tamamilə imtina etməyi düşünür”.

KONKRET.az xəbər verir ki, bu barədə “De Telegraaf” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu mövzuda ana şirkət Meta ilə danışıqlar istənilən nəticəni verməyib. Buna görə də səlahiyyətlilər bütün hökumətə təsir edəcək “Facebook” qadağası üçün hazırlıqlara başlayıblar.

Öz növbəsində, Niderlandın Daxili İşlər və Kral İşləri Nazirliyinin dövlət katibi Alexandra van Hoeffelen qəzetə təsdiqləyib ki, hökumət uzun illərdir “Facebook”un həssas məlumatları necə emal etdiyindən narahatdır:

“2017-ci ildə Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatı “Facebook”un  iki sahədə məxfilik qanununu pozduğunu aşkarlayıb. Meta sonra düzəlişlər etdi.  Amma bununla da problem həll olunmadı və yeni suallar ortaya çıxdı. Onları həll edə bilmədilər. Buna görə də hökumət Məlumatların Mühafizəsi İdarəsindən “Facebook”dan istifadənin təhlükəsiz olub-olmaması ilə bağlı məsləhət istədi.

De Telegraaf qeyd edib ki, bu tövsiyələr yaxın gələcəkdə gözlənilir. Lakin hökumət artıq “Facebook”u qadağan etməyi qarşısına məqsəd qoyub və bu addımın hansı nəticələrə gətirib çıxaracağını dəyərləndirir”, – deyə nəşr qeyd edir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*