Hörmüz boğazının işinin bərpa edilməsi ilə bağlı aparılan danışıqlarda müəyyən irəliləyişlər əldə olunub, lakin hələ ki yekun razılaşma imzalanmayıb. Bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.
KONKRET.az xəbər verir ki, o, yaxın zamanlarda sazişin rəsmiləşəcəyinə ümid etdiyini bildirib. “Ümid edirik ki, razılaşma ən yaxın vaxtda yekunlaşdırılacaq.
Hazırda boğazdan gəmilər keçir. Neft də boğaz vasitəsilə daşınmağa davam edir. Boğaz açıqdır”, – deyə Rubio qeyd edib.
Natiq Səlim,
KONKRET.az
