Hörmüz böhranında İran uduzur, bu ölkələr isə… – Neft bazarında yeni BEŞLİKbackend

Hörmüz böhranında İran uduzur, bu ölkələr isə... – Neft bazarında yeni BEŞLİK

Hörmüz boğazında yaranan böhran qlobal neft bazarında ciddi dəyişikliklərə səbəb olub.

KONKRET.az “The Times” nəşri yazır ki, boğazın bağlanması dünya üzrə neft idxalçılarını alternativ tədarük mənbələri axtarmağa vadar edib. Bu proses qlobal enerji bazarında qüvvələr nisbətini dəyişdirir.

Böhranın əsas qazananları sırasında əvvəllər böyük neft ixracatçıları kimi tanınmayan ölkələr də yer alır. Onlardan biri Qayanadır. Əhalisi 1 milyondan az olan ölkə hazırda gündə təxminən 1 milyon barel neft hasil edir. Qayananın təsdiqlənmiş neft ehtiyatlarının həcmi 11 milyard barel civarında qiymətləndirilir. Ölkənin hasilatının 2030-cu ilədək əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Namibiya və Fil Dişi Sahili sahillərində də yeni neft yataqlarının aşkarlanması enerji bazarında diqqəti Afrikaya yönəldib. Uqanda isə neft hasilatına başlamağa hazırlaşır.

Eyni zamanda Çin və Hindistan kimi iri Asiya iqtisadiyyatları Yaxın Şərqdən asılılığı azaltmaq üçün Braziliya və Afrika ölkələrindən daha çox neft almağa başlayıb.

Mütəxəssislərin fikrincə, ABŞ, Kanada, Braziliya, Argentina və Qayananın artan hasilatı OPEC-in qlobal bazardakı dominantlığını zəiflədə bilər. IEA rəhbəri Fatih Birol da bu ölkələri “Amerika beşliyi” adlandıraraq onların neft hasilatındakı artımını xüsusi qeyd edib.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*