İspan rekordçusu, 34 yaşlı Kristian Roberto Lopez Rodriges 100 metr məsafəyə hündürdaban ayaqqabı ilə qaçaraq adına yeni bir titul əlavə edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 100 metr məsafəni 12,82 saniyəyə qət edib.
Belə ki, Rodriges 2019-cu ildə eyni məsafəni 14,02 saniyəyə qaçan Andre Ortolfun rekordunu yeniləyib.
“Hazırlıq çox hərtərəfli və konkret idi. Hündürdaban ayaqqabıda yüksək sürətlə qaçmaq mənim üçün çox çətin idi”, – o deyib.
Qeyd edək ki, “Ginnesin Rekordlar Kitabı”nın mətbuat xidməti sosial şəbəkələrdə Rodriges barədə müvafiq videonu dərc edib.
Посмотреть эту публикацию в Instagram
İqbal Rzayev,
KONKRET.az
