Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. O, müraciətində azadlığa çıxmaq üçün dövlət başçısından humanistlik göstərməsini xahiş edib.
KONKRET.az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli cənab Prezident İlham Əliyev,
Cənab Prezident, yazaraq Sizdən xahiş edirəm ki, anamın və özümün sağlamlığımda yaranmış ciddi problemlərə görə azadlığa çıxmağım üçün humanistliyinizi göstərərək öz göstərişinizi verəsiniz.*
Hörmətlə, Hüseyn Abdullayev
12.02.2025, Azərbaycan.”
Qeyd edək ki, Hüseyn Abdullayev bir müddətdir həbsdədir və onun adı zaman-zaman ictimai müzakirələrə səbəb olub.