Hüseynbala Mirələmov növbəti parlament seçkilərində iştirak etmək niyyətindədirbackend

Hüseynbala Mirələmov növbəti parlament seçkilərində iştirak etmək niyyətindədir

Sabiq deputat, yazıçı Hüseynbala Mirələmov növbəti parlament seçkilərində iştirak etmək niyyətindədir.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, ona yaxın şəxslər bildiriblər ki, H.Mirələmov yenidən ictimai-siyasi həyata qayıtmağa çalışır.

Məsələ ilə bağlı sabiq deputat zənglərə cavab verməyib.

Qeyd edək ki, 2021-ci ilin aprelin 21-də H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkilib. H.Mirələmov ADNSU-da kafedra müdiri, YAP-ın Xətai rayon təşkilatının sədri vəzifələrindən azad edilib, partiyanın Veteranlar Şurasının üzvlüyündən çıxarılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*