“İan” qasırğası ABŞ-da 1,8 milyon insanı işıqsız qoydubackend

İan” qasırğası ABŞ-da 1,8 milyon insanı işıqsız qoydu

“İan” qasırğası nəticəsində ABŞ-ın Florida ştatında yaşayan 1,8 milyon insan işıqsız qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Poweroutage.us” portalı məlumat yayıb.

ABŞ Milli Qasırğaya Nəzarət Mərkəzi bildirib ki, qasırğa Saffir-Simpson şkalası üzrə beş kateqoriyadan ikinci kateqoriyaya qədər zəifləyib.

Məlumata görə, hazırda küləyin sürəti saatda 169 km-ə çatır.

Florida ştatının qubernatoru Ron De Santis deyib ki, hakimiyyət elektrik enerjisinin bərpası üçün 30 min mütəxəssisi səfərbər edib.

Onun sözlərinə görə, “İan” 2004-cü ildəki “Çarli” qasırğasından qat-qat güclüdür.

Qeyd edək ki, sentyabrın 24-də ABŞ Prezidenti Co Bayden “İan” qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*