İbrahim Rəisinin SƏDDAM Hüseyn AQİBƏTİ: İrana hücuma AZ QALDIbackend

İbrahim Rəisinin SƏDDAM Hüseyn AQİBƏTİ: İrana hücuma AZ QALDI

“ABŞ prezidenti Cozef Bayden İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məsələsini hərbi yolla həll etməyə hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu onlayn konfransda ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli deyib.

“Zərurət yaranarsa, son çarə kimi hərbi varianta əl atacağıq” deyən Robert Malli əlavə edib ki, hazırda buna ehtiyac yoxdur.

Mallinin əlavəsini İrana verilmiş son şans kimi də dəyərləndirmək olar. Lakin İrana hücum üçün Qərbin bəhanələri nüvə ilə məhdudlaşmır:

1. Ölkədaxili etiraz aksiyalarını qətl və edam qərarları ilə yatırtmaq cəhdi;

2. Etnik azlıqların (azərbaycanlılar etnik üstünlük təşkil edir) haqlı muxtariyyət və müstəqil dövlət tələbləri;

3. Terror təşkilatlarını silahlandırıb İsrailə təhlükə yaratmaq;

4. İraq ilə Səudiyyə Ərəbistanına hücum və təhdidlər;

Yəni Səddam Hüseyn hökmranlığını olmayan nüvə bəhanəsilə devirənlərə İranda çevriliş, molla rejimini dəyişdirmək üçün tutarlı səbəblər var. Sanki İranın lap cızığından çıxmasını gözləyirlər. Necə?

– İran və Taliban arasında savaş başlayarsa;

– Azərbaycana qarşı hərbi əməliyyat keçirilərsə;

– Rusiya ilə hərbi əməkdaşlıq nüvə mərhələsinə çatarsa;

Əslində qlobal siyasi masanın oyunçuları arasında fikir ayrılığı hiss olunur:

• İsrail İranın parçalanmasını II Qarabağ müharibəsindən sonrakı etapda planlaşdırırdı. Hətta İrana müəyyən güzəştlər edən Tramp adminstrasiyası ilə razılıq var idi. Yoxsa İranın 4-ə bölünməsi xəbərləri yayılmazdı;

• Bayden hökuməti İrandakı xəritədəyişmənin növbəsini Rusiyadan sonraya saxladı, Kremlin isə Kiyev qarşısında hələ təslim olmaq niyyəti yoxdur;

• Ağ Ev-London cinahı həm də Avropanı özündən asılı salmaq prosesindədir. Lakin Fransa buna dirəniş göstərir və Tehranın mühafizəkarlarından biri də Parisdir. Yəni fransızlar gülüncdürlər. Bakıya feminizm, LGBT-ni sıxışdırma böhtanları ilə hücum çəkməyə ərinmirlər. Amma minlərlə insanın edamını düşünən farslara susublar. Azərbaycanın tarixi torpağı Qarabağda yaşayan (rusların zorla ora köçürdüyü) 25 min erməniyə dövlət qurmaq istəyirlər, lakin İranda yaşayan 35-40 milyon azərbaycanlının heç muxtariyyət hüququnu da dilə gətirmirlər. Az öncə fransızları gülünc adlandırdım. Üzr istəyirəm, çünki onların siyasi gedişləri həm gülünc, həm də iyrəncdir.

Emmanuel (178sm) Makron Napoleon (168sm) Bonapartdan 10 qarış hündür olsa da, idarəçilik və siyasi gedişləri bir o qədər alçaqdır.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*