Mühacirətdə olan İçkeriya hökumətinin könüllüləri Ukraynaya gəliblər.
KONKRET.az bildirir ki, Çeçenistanı məcburi tərk etmiş çeçenlər Rusiyanın apardığı siyasətə qarşı çıxaraq, Ukraynaya kömək məqsədilə saziş imzalamağı təklif ermişdilər. Bu barədə İçkeriya lideri Əhməd Zakayev bəyanat vermişdi.
O, Ukraynadan Rusiyaya və “kadırovçular”a qarşı vuruşa biləcəklərini bildirmişdi.
Aldığımız məlumata görə, artıq çeçen könüllülər Ukraynadadırlar.
Yeri gəlmişkən, Əhməd Zakayevin video-müraciətini yenidən oxucuların diqqətinə çatdırırıq:
Xuraman Etibarlı,
KONKRET.az
