İdlib qazisi Ayhan Ertemiz Əsəd rejiminin 33 türk əsgərinin şəhid olmasına, özünün isə ayağından yaralanmasına səbəb olan hücumundan danışıb.
KONKRET.az xəbər verir ki, piyada qoşunları çavuşu qeyd edib ki, həmin gün üzləşdikləri vəziyyətə heç bir müharibədə rast gəlinməyib:
“Etibarlı bölgəyə getmək üçün məhəllədən keçərkən artilleriya atəşinə məruz qaldıq. Üzərimizdə çox ağır bombardman yağışı var idi. Belə halla heç bir müharibədə üzləşməyiblər. İdlibə getmək, mübarizəyə qoşulmaq, əsgərlərimizlə çiyin-çiyinə vuruşmaq qürurvericidir. Fevralın 27-nə kimi son dərəcə uğurla irəlilədik. Türkiyə Silahlı Qüvvələri Suriyadakı işğala son qoymaq istəyir”.
Qeyd edək ki, piyada qoşunlarında xidmətdə olan Ayhan Ertemiz 7 aydır ki, Suriyadadır.
