İdmançımız azyaşlı kimi görünən fenomenlə şəklini paylaşdı – FOTOLARbackend

İdmançımız azyaşlı kimi görünən fenomenlə şəklini paylaşdı - FOTOLAR

Sərbəst güləş üzrə üçqat dünya çempionu, olimpiya mükafatçısı Hacı Əliyevin dağıstanlı sosial şəbəkə fenomeni ilə fotosu yayılıb.

KONKRET.az xəbər verir ki, Dağıstanda təlim-məşqərdə olarkən Hasbik kimi tanınan Hasbulla ilə görüşüb. Güləşçimiz onunla birlikdə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb. Həmin fotoya çoxsayda bəyəni gəlib.

Qeyd edək ki, Hasbulla 19 yaşında olmasına baxmayaraq 5 yaşında uşaq kimi görünür. Sosial şəbəkədə paylaşımları ilə məşhurdur. Onun 1.2 milyon izləyicisi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*