III Çarlz xəstəliyi bilinəndən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdıbackend

III Çarlz xəstəliyi bilinəndən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

İngiltərə kralı III Çarlz fevralın 5-də Bukingem sarayının monarxa xərçəng diaqnozu qoyulduğunu elan etməsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

KONKRET.az xəbər verir ki, əlahəzrət bazar günü səhər Norfolkdakı Sandrinqem kral mülkünün ərazisində yerləşən Müqəddəs Məryəm Maqdalena kilsəsində keçirilmiş ayində iştirak edib.

Böyük Britaniya televiziya kanallarında nümayiş olunmuş kadrlarda Kraliça Kamillanın müşayiəti ilə 75 yaşlı kralın kilsəyə doğru getdiyi, yüngülcə çətir çubuğuna söykəndiyi, onu salamlayan insanlara əl yellədiyi və kanon Pol Uilyamsla əl sıxdığı görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*